Xameneinin Azərbaycandakı nümayəndəsinin Bakı ofisi koronavirusa görə fəaliyyətini dayandırıb

Seyid Əliəkbər Ocaqnejad

© APA | Seyid Əliəkbər Ocaqnejad

# 05 oktyabr 2021 15:34 (UTC +04:00)

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi və Hüseyniyyə məscidi koronavirus infeksiyasına görə fəaliyyətini dayandırıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

DİN rəsmisi bildirib ki, təkcə adıçəkilən yerlər deyil, eyni zamanda, koronavirusun çox yayıldığı digər qapalı məkanların da fəaliyyəti dayandırılıb.

“Hüseyniyyə məscidi son günlər koronavirus infeksiyasının çox yayıldığı məkanlardan biridir. Digər yerlər kimi, Hüseyniyyə məscidinin də fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”, - E. Zahidov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR