Xəzər dənizindən naməlum qadın meyiti tapılıb - FOTO

Xəzər dənizindən naməlum qadın meyiti tapılıb - FOTO
# 01 sentyabr 2021 09:35 (UTC +04:00)

Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, onun dənizdə boğulduğu ehtimal edilir.

Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və 070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR