Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub
# 30 iyun 2021 23:33 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Zağulba 3”, “Bilgəh”, “Lökbatan” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

APA xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR