Xəzərdə köməksiz qalan 2 nəfər xilas olunub

Xəzərdə köməksiz qalan  2 nəfərin xilas olunması

© APA | Xəzərdə köməksiz qalan 2 nəfərin xilas olunması

# 23 noyabr 2021 10:27 (UTC +04:00)

Noyabr ayının 21-də axşam saatlarında Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Mərkəzi Regional şöbəsinin Sahil nəzarət bölməsinə balıqçı qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən 2 nəfərin dənizdə köməksiz qalmaları barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticə­sində qayığın koordi­natları müəyyənləşdirilib, əraziyə göndərilmiş sərhəd gözətçi gəmisi tərəfindən Sumqayıt reydində sahildən təqribən 4 mil aralı dənizdə qalmış balıqçı qayığının heyəti-Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin sakinləri Hüseynov Fuad Əmircan oğlu və Hüseynov Ramil Əmircan oğlu xilas edilərək üzmə vasitəsi ilə birlikdə sahilə çıxarılmaları təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR