XİN-in keçmiş vəzifəli şəxslərinin məhkəməsində şahidlər ifadə verib

XİN-in keçmiş vəzifəli şəxslərinin məhkəməsində şahidlər ifadə verib
# 10 noyabr 2021 15:02 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam etdirilib. Şahid qismində ilk olaraq Sərxan Mustafayev ifadə verib. Şahid bildirib ki, onun adına iki MMC yaradılıb. Amma həmin şirkətlərdən hansı məqsədlə istifadə edildiyindən xəbərsiz olub.

Daha sonra məhkəmədə hal şahidləri ifadə verib. Şahidlər məhkəmədə təqsirləndirilən şəxsləri tanımadıqlarını və sadəcə, sənədlərin yoxlanılmasında iştirak etdiklərini bildiriblər.

Proses noyabrın 24-də davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR