Xırdalan bazarında qətl törədilib

Xırdalan bazarında qətl törədilib
# 31 may 2021 09:48 (UTC +04:00)

Abşeron rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində bazarda qeydə alınıb. Belə ki, orada fəhlə işləyən şəxs münaqişə zəminində qətlə yetirilib. Hələlik şəxsiyyəti məlum olmayan şəxsə 7 bıçaq zərbəsi vurulub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR