Xırdalanda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb

Xırdalanda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
# 15 noyabr 2021 16:07 (UTC +04:00)

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ağac və kol bitkilərinin kəsilərək məhv edilməsi barədə ETSN-in 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma ila müəyyən edilmişdir ki,qeyd edilən ərazidə 6 ədəd ayland ağacı və 2 ədəd lüqustr kolu kökboğazından kəsilərək məhv edilib və nəticədə təbiətə 1.860 manat məbləğində ziyanın dəyib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR