Xırdalanda sexdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Xırdalanda sexdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB  - VİDEO
# 23 iyul 2021 19:43 (UTC +04:00)

Xırdalanda sexdə baş vermiş yanğın söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.

***

saat 18:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR