Xızıda narkotik satışına görə 6 nəfər saxlanılıb

Xızıda narkotik satışına görə 6 nəfər saxlanılıb
# 23 sentyabr 2021 11:10 (UTC +04:00)

Xızıda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılması, satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Samir Qayıbov, İmran Bağırov, Müslüm Əhmədov, Rəşad Quliyev, Orxan Ələkbərov və Əsgərəli Rzayev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman xeyli miqdarda “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin, heroin və marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR