Xocavənddə 900 kq-a yaxın narkotik tərkibli bitkilər aşkar edilib

Xocavənddə 900 kq-a yaxın narkotik tərkibli bitkilər aşkar edilib
# 03 iyul 2021 10:02 (UTC +04:00)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR