Xüsusi karantin rejimi dövründə toy qaydalarının pozulmasına görə 38 nəfər həbs olunub

Daxili İşlər Nazirliyi

© APA | Daxili İşlər Nazirliyi

# 05 noyabr 2021 11:04 (UTC +04:00)

Ölkə üzrə xüsusi karantin rejimi dövründə toy şənliklərinin keçirilməsi qaydalarının pozulmasına görə 33 cinayət işi başlanıb, 38 nəfər inzibati həbs olunub, 2822 nəfər cərimələnib.

APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, onlardan 1835 nəfər fərdi evlərdə toy təşkil edənlər olub. COVİD-19 pasportu olmayan 52.353 toy şənliklərinə buraxılmayıb.

E. Hacıyev Ucarda karantin qaydalarını pozan şadlıq sarayının inzibatçısının həbsinə münasibət bildirərək bunları bildirib: "Ucar rayonunda "mənə xüsusi olaraq icazə verilib. 250 nəfər qonaq iştirak edə bilər. Hamısı ilə razılaşdırmışam", -deyə xüsusi karantin rejim qaydalarını pozaraq, toy sahiblərinə yalan vəd verən şadlıq evinin inzibatçısı inzibati qaydada 8 sutka həbs edilib.
Görünən odur ki, məhz belə şəxslərin əsassız iddiaları cəmiyyətdə polis haqqında çaşqınlıq yaradır. Hələ bu azmış kimi polisin keçirdiyi monitorinq zamanı 16 yaşından aşağı olan yeniyetmələri əmək müqaviləsi olmadan çalışdırması aşkarlanıb.
Diqqətə çatdırırıq ki, pandemiya şəraitində hər bir şəxs qaydalara əməl etməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR