Yanacaqdoldurma məntəqəsinə saxta pul təqdim edən şəxs saxlanılıb

Yanacaqdoldurma məntəqəsinə saxta pul təqdim edən şəxs saxlanılıb
# 30 noyabr 2021 12:40 (UTC +04:00)

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul təqdim edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 29-da saat 7 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əskinas təqdim etmiş “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR