Yardımlıda meşə zolağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Yardımlıda meşə zolağında yanğın

© APA | Yardımlıda meşə zolağında yanğın

# 05 avqust 2021 15:47 (UTC +04:00)

Avqustun 1-də Yardımlı rayonu, Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi), meşə zolağında baş verən yanğın söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 32 ha sahədə kol-kos, xəzəl, quru ağac kötükləri və ağaclar yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub), Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və və yerli sakinlər tərəfindən söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

***

14.43

Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolağında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR