Yardımlıda yabanı halda bitən külli miqdarda narkotik bitkisi məhv edilib

Yardımlıda yabanı halda bitən külli miqdarda narkotik bitkisi məhv edilib
# 19 iyun 2021 11:47 (UTC +04:00)

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Alar kəndi ərazisində 620 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 16500 kiloqram olan 42350 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR