Yardımlıda yaşayış yerini tərk etmiş koronavirus xəstəsi olan tibb işçisi aşkarlanıb

Yardımlıda yaşayış yerini tərk etmiş aktiv koronavirus xəstəsi olan tibb işçisi aşkarlanıb

© APA | Yardımlıda yaşayış yerini tərk etmiş aktiv koronavirus xəstəsi olan tibb işçisi aşkarlanıb

# 24 sentyabr 2021 10:31 (UTC +04:00)

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Yardımlı rayon sakini A.Təhməzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin edilib.

Faktla bağlı Yardımlı RPŞ-nin istintaq qrupunda araşdırma aparılır.

A.Təhməzov tibb işçisidir və Yardımlı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində feldşer işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR