Yasamalda şirkət əməkdaşının cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Yasamalda şirkət əməkdaşının cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
# 26 avqust 2021 10:18 (UTC +04:00)

Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR