Yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
# 10 noyabr 2021 12:09 (UTC +04:00)

Noyabrın 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR