Yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

Yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
# 27 noyabr 2021 10:08 (UTC +04:00)

Yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “COVID-19” virusuna yoluxduğuna görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq noyabrın 22-də yaşayış yerini tərk edən Yeni Gəncə qəsəbə sakini R.Abbasov barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR