Yevlax-Bərdə avtomobil yolunda yük maşını yolu keçən həkimi vurub

Yevlax-Bərdə avtomobil yolunda yük maşını yolu keçən həkimi vurub
# 17 iyun 2021 22:22 (UTC +04:00)

Yevlax-Bərdə avtomobil yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Mercedes” markalı yük maşını Mamedov Tahir Yolçu oğlunu vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, vurulan Yevlax sakini ürək həkimidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR