Yevlax-Bərdə avtomobil yolunda zəncirvari qəza baş verib - FOTO - VİDEO - YENİLƏNİB

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari qəza baş verib - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 27 iyun 2021 03:09 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 20:39

Yevlax-Bərdə avtomobil yolunda zəncirvari avtoqəza olub, 4 maşın toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, iki rayon arasındakı magistral yolda baş verən avtoqəza zamanı "Kia", iki "Mercedes" markalı minik maşınları və bir "Mercedes" markalı kiçiktutumlu yük maşını toqquşub. Nəticədə iki nəfər - 1971-ci il təvəllüdlü Bakı sakini Vəfa Mirzəyeva və 1988-ci il təvəllüdlü Bərdə rayon sakini Səməndər Səlimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR