Yevlaxda 44 yaşlı kişi 2 aydır itkin düşüb

Yevlaxda 44 yaşlı kişi 2 aydır itkin düşüb

© APA | Yevlax sakini Ramil Əhmədov 2 aydır axtarılır

# 14 iyun 2021 10:52 (UTC +04:00)

Yevlaxda 44 yaşlı kişi axtarılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Əhmədov bu ilin aprel ayının 14-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R. Əhmədovun əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, ortaboyludur. Evdən çıxarkən onun üzərində sarı-qəhvəyi rəngli köynək və göy rəngli şalvar olub.

Qeyd edək ki, R.Əhmədov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

"Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-33-6-45-02 şəhər və 051-468-11-11 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR