Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alanlar var
# 12 oktyabr 2021 19:16 (UTC +04:00)

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Hacıselli-Varvara yolunda qeydə alınıb.

“VAZ-2106” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil aşıb.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Səfərov Cəfər Pənah oğlu aldığı xəsarətlərdən ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR