Yevlaxda avtomobil aşıb, xəsarət alan var

Yevlaxda avtomobil aşıb, xəsarət alan var
# 21 may 2021 12:48 (UTC +04:00)

Yevlaxda avtomobil aşıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda baş verib. İdarəetmədən çıxan “VAZ 2115” markalı minik maşını yol kənarına aşıb. Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü rayon sakini Balaşlı Elmar Mobid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR