Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
# 04 iyul 2021 23:08 (UTC +04:00)

Yevlaxda avtomobilin aşmasının təfərrüatları məlum olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, aşan "VAZ 2109" markalı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb, sürücü.ondan yayınmaq istəyərkən idarəetməni itirib və avtomaşın aşaraq yol kənarındakı su arxına düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü, eləcə də sərnişinlər - 1949-cu il təvəllüdü Yevlax rayon sakini Hüseynova Qaratel Qəhrəman qızı və 1959-cu il təvəllüdlü Dadaşova Səfurə Əmiraslan qızı xəsarət alıb.

***

Saat 21:53

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunda, rayonun Havarlı kəndi yaxınlığında baş verib.

İdarəetmədən çıxan minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində ikisi qadın olmaqla üç nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR