Yevlaxda avtomobil traktorla toqquşub, xəsarət alan var

Yevlaxda avtomobil traktorla toqquşub, xəsarət alan var
# 08 noyabr 2021 13:00 (UTC +04:00)

Yevlaxda minik maşını traktorla toqquşub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Malbinəsi kəndi yaxınlığında baş verib. "VAZ" markalı maşının traktora çırpılması nəticəsində bir nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR