Yevlaxda dəyirmanda yanğın olub

Yevlaxda dəyirmanda yanğın olub
# 01 dekabr 2021 09:26 (UTC +04:00)

Yevlaxda dəyirmanda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb.

Dəyirman və içərisində rəflərə yığılıb, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR