Yevlaxda əməliyyat keçirilib, “patı” və güclü təsdiredici həblər götürülüb

Azər Əhmədov, saxlanılıan şəxs

© APA | Azər Əhmədov, saxlanılıan şəxs

# 29 iyul 2021 11:17 (UTC +04:00)

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Azər Əhmədov saxlanılıb. Onun şəhər ərazisində yerləşən mənzilinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükümdə 24 qrama yaxın psixotrop maddə olan metamfetamin, 66 ədəd tramadol və 14 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR