Yevlaxda ev yanıb

Yevlaxda ev yanıb
# 01 avqust 2021 19:02 (UTC +04:00)

Yevlax rayonunun Kövər kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR