Yevlaxda idarəetmədən çıxan maşın yanıb - FOTO

Yevlaxda idarəetmədən çıxan maşın yanıb - FOTO
# 30 may 2021 01:21 (UTC +04:00)

Yevlax rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax yolunda, Yevlax rayonunun Qarxun kəndi yaxınlığında qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq dəmir maneələrə çırpılıb.

Qəzadan sonra avtomobil yanğın baş verib. Sürücü maşını tərk edə bilib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası yanğını söndürüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR