Yevlaxda yol qəzası baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qaraməmmədli kəndi yaxınlığından keçən yolda baş verib. “VAZ 2107” və “VAZ 21011” markalı maşınların toqquşması nəticəsində 5 nəfər - 1982-ci il təvəllüdlü Günay Rəhimova, 1976-cı il təvəllüdlü Xumar Zeynalova, 1946-cı il təvəllüdlü Əsli Eyvazova, 1969-cu ilə təvəllüdlü Yaqub Əhmədov və 1965-ci il təvəllüdlü Qədir Qədirov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.