Yevlaxda iki avtomobil toqquşub, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB-1

Yevlaxda iki avtomobil toqquşub, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB-1
# 05 iyun 2021 19:32 (UTC +04:00)

Yevlaxda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, iki avtomobilin toqquşması nəticəsində ölən şəxs 1985-ci il təvəllüdlü Şəmkir rayon sakini İbrahimova Flora Ehtiram qızıdır.

Qey edək ki, qəza zamanı 6 nəfər xəsarət alıb.

***

16.40

Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı 6 nəfərin xəsarət aldığı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, onlardan ikisi yeniyetmədir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ölən şəxsin kimliyi araşdırılır.

***

15.23

Yevlaxda ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax avtovağzalı yaxınlığındakı yol dairəsində qeydə alınıb. “VAZ 21015” markalı minik maşını “Mercedes-Vito” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR