Yevlaxda ikimərtəbəli evdə yanğın olub

Yevlaxda ikimərtəbəli evdə yanğın olub
# 04 iyun 2021 23:28 (UTC +04:00)

Yevlax şəhərində fərdi yaşayış evində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR