Yevlaxda minik avtomobili aşıb, xəsarət alanlar var 

Yevlaxda minik avtomobili aşıb, xəsarət alanlar var 
# 06 iyul 2021 00:02 (UTC +04:00)

Yevlaxın Qoyunbinəsi kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ 2107” markalı maşın idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Tərtər rayon sakinləri – 1992-ci il təvəllüdlü Xaliq Əliyev və 1991-ci il təvəllüdlü Xaqəm Piriyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR