Yevlaxda minik maşını TIR-a çırpılıb, 4 nəfər xəsarət alıb

Yevlaxda minik maşını TIR-a çırpılıb, 4 nəfər xəsarət alıb
# 23 iyun 2021 15:55 (UTC +04:00)

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səmədabad kəndindəki Bayraq meydanında qeydə alınıb. "VAZ-2115" markalı minik maşını TIR-a çırpılıb. Hadisə nəticəsində "VAZ”-da olan dörd nəfər Yevlax sakini - 1987-ci il təvəllüdlü Bəxtiyar Quliyev, 2000-ci il təvəllüdlü Kamran Cavanşirov, 2004-cü il təvəllüdlü Əmirşah Vahabov və 2003-cü il təvəllüdlü Səməndər Bayramov müxtəlif xəsarətlər alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR