Yevlaxda minik və yük maşınları toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Yevlaxda minik və yük maşınları toqquşub, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 10 iyul 2021 19:23 (UTC +04:00)

Yevlaxda baş vermiş yol qəzasında bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Nuru Kərimov dünyasını dəyişib.

Həmçinin biri qadın olmaqla 3 nəfər ağır bədən xəsarətləri alıb.

***

Saat 17.28

Yevlaxda ağır yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. “Lada Priora” markalı minik avtomobili “QAZel” markalı kiçiktutumlu yük maşını ilə toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR