Yevlaxda narkotik satan şəxs saxlanılıb - FOTO

Yevlaxda narkotik satan şəxs saxlanılıb - FOTO
# 11 iyul 2021 13:14 (UTC +04:00)

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə olan heroin və metamfetaminin (patı) satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Orxan Bəkirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırılmış 31 bükümdə 8 qrama yaxın heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR