Yevlaxda piyadanı avtomobil vurub

Yevlaxda piyadanı avtomobil vurub
# 11 oktyabr 2021 07:30 (UTC +04:00)

Yevlaxda yoldan heyvanları keçirən yaşlı qadını maşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Salahlı kəndi ərazisindən keçən magistralda baş verib.

"Niva" markalı avtomobil yolun digər tərəfinə heyvanları keçirən 1956-cı il təvəllüdlü kənd sakini Qasımova Firəngiz Cəfər qızını vuraraq, ona çoxsaylı bədən xəsarətləri yetirib. Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR