Yevlaxda yol qəzası zamanı 3 nəfər xəsarət alıb

Yevlaxda yol qəzası zamanı 3 nəfər xəsarət alıb
# 05 avqust 2021 20:33 (UTC +04:00)

Yevlax rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

"VAZ" və ilkin məlumata görə, "Chevrolet" markalı avtomaşınların toqquşması nəticəsində biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb. Xəsarət alan Yevlax sakinləri - 2019-cu il təvəllüdlü Cahid Əkbərzadə, 1978-ci il təvəllüdlü Rəşid Quliyev və 1987-ci il təvəllüdlü Quliyeva Gülər Ağakərim qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR