Yevlaxda yol təmizləyən iki qadını maşın vurub - FOTO

Yevlaxda yol təmizləyən qadınlarl vuran maşın

© APA | Yevlaxda yol təmizləyən qadınlarl vuran maşın

# 11 noyabr 2021 10:18 (UTC +04:00)

Yevlaxda yolu təmizləyən iki qadını maşın vurub.

APA- nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.

Yol təmizliyi ilə məşğul olan təsərrüfat işçiləri, 1975-ci il təvəllüdlü Rəsulova Şəlalə Salman qızı və 1974-cü il təvəllüdlü Əzizova Hicran Yedigar qızını avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan birinin durumu ciddi olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR