Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb
# 26 sentyabr 2021 13:16 (UTC +04:00)

24 sentyabrda Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR