Zaqatalada minik maşını yük maşını ilə toqquşub, ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Zaqatalada yol qəzası

© APA | Zaqatalada yol qəzası

# 06 avqust 2021 09:55 (UTC +04:00)

Zaqatalada ağır yol qəzasında ölənlərin sayı ikiyə çatıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Rəhman Fətəliyev xəstəxanada ölüb.

***

08.29

Zaqatalada minik avtomobili ilə yük maşını toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 03:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 127-ci km-də baş verib.

1985-ci il təvəllüdlü, Zaqatalanın Aşağı Tala kəndində yaşayan Fətəliyev Rəhman Nəriman oğlunun idarə etdiyi "VAZ-21011" markalı, 62-BO-011 dövlət qeydiyyat nişanlı avtomobil Qax rayonu istiqamətində hərəkət edərkən əks hərəkət zolağına çıxaraq Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkətdə olan 1980-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayan Mamedov Eldəniz Məzahir oğlunun idarə etdiyi "KamAZ" markalı 04-BP-661 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə çırpılıb.

Qəza nəticədə "VAZ-21011" markalı avtomobilin salonunda olan sərnişin 1995-ci il təvəllüdlü, Novxanı qəsəbəsi sakini Qurbanova Xatın Elxan qızı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

"VAZ-21011" markalı avtomobilin sürücüsü Rəhman Fətəliyev, onun avtomobilində olan sərnişinlər - 1998-ci il təvəllüdlü Əhmədov Əhməd Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayeva Sevinc Əsədullah qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR