Zaqatala sakini arvadını bıçaqlayıb

Zaqatala sakini arvadını bıçaqlayıb
# 06 sentyabr 2021 11:06 (UTC +04:00)

Qax rayonunda bıçaqlanma hadisəsi olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonu Ağyazı kənd inzibati ərazisindəki fermada baş verib. Belə ki, fermada çoban işləyən Zaqatala rayonu Çobankol kənd sakini Nicat Soltanov həyat yoldaşı Nərminə Məmmədovanı bıçaqlayıb.

Aşağı ətrafın bud nahiyəsindən bıçaq yarası alan N. Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Məmmədovaya lazımı tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəmnində baş verdiyi məlum olub. Hadisəni törətməkdə şübhəli sayılan N. Soltanov saxlanılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR