Zaqatala sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
# 14 iyun 2021 13:03 (UTC +04:00)

Zaqatalada 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bəhmətli kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Oqtay Ələddin oğlu Şamilov traktorun qoşqusu ilə daş hasar arasında qalaraq ağır xəsarət alıb. O. Şamilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiyaya yerlə.dirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR