Zaqatala sakini körpüdən yıxılaraq ölüb - VİDEO

Zaqatala sakini körpüdən yıxılaraq ölüb - VİDEO
# 06 avqust 2021 08:32 (UTC +04:00)

Zaqatalada 55 yaşlı kişi körpüdən yıxılaraq ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında 1966-cı il təvəllüdlü Qəzənfər Baba oğlu Babayev Zaqatala şəhəri ərazisindən keçən Tala çayı üzərində inşa edilmiş asma körpüdən yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Q.Babayev bu gün səhər saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edəki ki, Q.Babayev uzun illər idi ki əsəb xəstəliyindən əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR