Zaqatalada 2 tondan artıq çətənə kolu məhv edilib

Zaqatalada 2 tondan artıq çətənə kolu məhv edilib
# 06 iyul 2021 10:42 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Aşağı Çardaxlar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 2 ton 100 kiloqram olan 2500 ədəd narkotik tərkibli çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR