Zaqatalada 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

Zaqatalada 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
# 05 dekabr 2021 19:19 (UTC +04:00)

Zaqatala rayonunda 27 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Danaçı kəndində baş verib.

Kənd sakini 1994-cü il təvəllüdlü İslam Həmzət oğlu Halmaqov qoz ağacından yıxılıb. Bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İ. Halmaqov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı İ. Halmaqova boyun və bel fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR