Zaqatalada 3-cü sinif şagirdini avtomobil vurub - VİDEO - YENİLƏNİB

Zaqatalada 3-cü sinif şagirdini avtomobil vurub - VİDEO  - YENİLƏNİB
# 04 iyun 2021 15:29 (UTC +04:00)

Zaqatalada məktəblini maşın vurub.
APA-nın məlumatına görə, hadisə Zaqatala-Aşağı Tala kənd avtomobil yolunda, Aşağı Tala 1 Saylı tam orta məktəbin qarşısında baş verib. 2011-ci il təvəllüdlü Aşağı Tala kənd sakini, Cuma İlkin oğlu Şabanov Zaqatala-Aşağı Tala marşrutu üzrə işləyən mikroavtobusdan düşüb məktəbə gedəndə Zaqatala sakini Kamran Ramazanovun idarə etdiyi VAZ 21074” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3-cü sinif şagirdi C. Şabanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR