Zaqatalada avtomobil qoyun sürüsünə girib - FOTO - VİDEO - YENİLƏNİB

Zaqatalada avtomobil qoyun sürüsünə girib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 30 may 2021 15:28 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

10:50

Zaqatalada minik avtomobili yaylağa köç edən qoyun sürüsünü vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Nəticədə 30 başdan çox qoyun tələf olub. Qəza zamanı minik avtomobilinə ziyan dəysə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR