Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib

Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib
# 21 oktyabr 2021 09:21 (UTC +04:00)

Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. İ. Mehdiyevin müalicəsi Zaqatala RMX-da davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, son günlər Qax və Zaqatalada 7 nəfər göbələkdən zəhərlənib. Qax rayonu Tasmalı kəndində iki azyaşlı göbələk zəhərlənməsindən həyatını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR