Zaqatalada evdə qaz sızması nəticəsində partlayış olub, üç nəfər xəsarət alıb - FOTO - VİDEO

Zaqatalada qaz sızması nəticəsində partlayış baş verən ev

© APA | Zaqatalada qaz sızması nəticəsində partlayış baş verən ev

# 28 noyabr 2021 15:08 (UTC +04:00)

Zaqatalada qaz sızması nəticəsində partlayış olub, üç nəfər xəsarət alıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.
Qəsəbə sakini 1955-ci il təvəllüdlü Gülcöhrə Mahmud qızı Balakişiyevaya məxsus, ümumi sahəsi 74 kv/m olan fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları şəxsi heyətləri və hüquq-mühafizə orqan əməkdaşları cəlb edilib. Anidən baş verən partlayış nəticəsində qaz sobasının yerləşdiyi otaqda olan G. Balakişiyeva, 1967-ci il təvəllüdlü Ramiz Tapdıq oğlu Umaxanova və 1957-ci il təvəllüdlü Abdurahman Araz oğlu Balakişiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yanıq xəsarəti alanlardan R. Umaxanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimsiya şöbəsinə, G. Balakişiyeva və A. Balakişiyev isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər üç yaralıya 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR